Sülh və Konfliktlər Mərkəzi Azərbaycanın milli təhlükəsizliyi ilə bağlı Xarici Dillər, İqtisad və Bakı Dövlət universitetlərinin tələbələri arasında sorğu keçirib.
Dünən BMM-də mərkəzin direktoru Elxan Mehdiyev sorğunun nəticələri barədə keçirdiyi mətbuat konfransında bildirdi ki, respodentlərin 63 faizi milli təhlükəsizlik deyəndə dövlətin ərazi bütövlüyünü başa düşdüklərini qeyd ediblər: «23 faiz daxili sabitliyi, 5 faiz isə fərdi azadlığın milli təhlükəsizliyə təminat verdiyini bildirib. Sorğu iştirakçılarının 34 faizi güclü ordunu, 12 faizi iqtisadiyyatı Milli təhlükəsizliyin elementi hesab ediblər. Maraqlıdır ki, respodentlərin 46 faizi korrupsiyanı Milli təhlükəsizliyə zərər vuran amil sayıb. 70 faiz iştirakçılar Ermənistanın təcavüzünü daha çox təhlükə yaratdığını söyləsə də 30 faizi NATO-nu milli təhlükəsizliyimizin möhkəmlənməsinə yardımçı ola biləcəyini deyib. Respodentlərin 44 faizi isə torpaqlarımız azad olunduğu halda təhlükəsizliyimiz təmin ediləcəyini qeyd edib».
Davamı...

