Yanvarın 22-də Azərbaycan Demokratik Gənclər Hərəkatı (ADGH) Bakı şəhərinin mərkəzi küçələrində, üzərində Məhəmməd Əmin Rəsulzadənin tarixi fəaliyyəti əks edilən 1000 ədəd buklet və 1000 ədəd broşuralar, həmçinin M.Ə.Rəsulzadənin fotosu olan 2500 ədəd 2008-ci ilin təqvimi əhaliyə paylanıb. Aksiya “Sahil”, “Bakı Soveti” və “28 May” metrostansiyaları ətrafənda baş tutub. Bundan başqa, ADGH Rəsulzadənin doğumunun yanvar ayının 30-31-də 124-cü il dönümü münasibəti ilə kütləvi aksiyalar keçirməyi qərara alıb. Məlumatı ADGH-nın mətbuat xidmətindən almışıq.
Bölməsiz 164
18 il bundan əvvəl yanvar ayının 19-dan 20-ə keçən gecə ermənilərdən və ruslardan ibarət sovet qoşunları Azərbaycan xalqına qarşı qətliam törətdilər.
1990-cı ilin yanvar ayının 19-dan 20-ə keçən gecə sovet ordusunun xüsusi təyinatlı dəstələri və daxili qoşunların iri kontingenti bir neçə istiqamətdən Bakıya daxil oldu. Fövqəladə vəziyyət elan etmədən Azərbaycan paytaxtına girən ermənilərdən və ruslardan ibarət sovet hərbiçiləri Bakıda xüsusi qəddarlıqla yerli əhaliyə qarşı misli görünməmiş vəhşiliklər törətdilər. Bu hadisələr nəticəsində 150-dən çox vətəndaşımız şəhid, yüzlərlə soydaşımız isə əlil oldu.
Davamı...
Ağasif Şakiroğlu: "Hərəkatın Bakı Dövlət, Korporasiya, Qafqaz, Odlar Yurdu, Texniki universitetlərdə və Mədəni Maarif Texnikumunda, Loğman tibb Texnikumunda üzvləri və nümayəndəlikləri mövcuddur"
"Azərbaycan Demokratik Gənclər hərəkatı 14 yanvar 2006-cı il tarixdə yaranıb. Hərəkatın qarşıya qoyduğu məqsəd müsavatçılıq, türkşülük, millətçilik ideyalarının yayılması və bunların gənclərə, şagirdlərə, tələbələrə aşılamaqdan ibarətdir. Bu barədə "Mübariz Azərbaycan"a hərakatın sədri Ağasif Şakiroğlu məlumat verib. Onun sözlərinə görə 2006-cı ilin 14 iyul tarixində üç gənclər təşkilatı Azad Azərbaycan Gənclər Birliyi (İqitsadiyyat Universiteti), Azad və Demokratik Tələbə Gənclər Birliyi və Azərbaycan Demokratik Gənclər Hərəkatı birləşərək Azad və Demokratik Gənclər Birliyi yaradıblar Yeni yaranan Birliyin sədri isə Rəşad Xasayoçle seçilib. "Lakin sonradan müəyyən fikir ayrılığı yarandığına görə bu birlik Azərbaycan Demokratik Gənclər Hərəkatı adlanmağa başladı və sədri isə mən seçildim". A.Şakiroğlunun sözlərinə görə Hərəkatın 300-ə yaxın üzvü var. Davamı...

Vəkillər KIV vasitəsilə ictimaiyyəti Q.Zahidin müraciətindən xəbərdar ediblər. Bu mövzuda Penitensiar sistemə ictimai nəzarət Komitəsinin koordinatoru, hüquq müdafiəçisi Sahib Məmmədovla söhbətləşib, baş redaktorla bağlı baş verənlərə aydınlıq gətirməyə çalışdıq. S. Məmmədov əvvəllər baş redaktorla görüşündə bu kimi problemlərin mövcud olmadığını söylədi: “Qənimət bəy əvvəl saxlanma şəraitindən narazı deyildi. Eyni kamerada qalan adamlardan da heç bir gileyi yox idi. Amma Qənimət bəy qəribə halda həbs olunduğundan bir qədər şübhələnməyə haqqı var.
Davamı...
Bölməsiz 156

Sərancamda bildirilir ki, musiqi sahəsində xüsusi istedadı olan aşağıda adları sadalananlar Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na yazılsın və onlar Azərbaycan Respublikası Prezidentinin xüsusi aylıq təqaüdünə layiq görülsünlər:
Davamı...
"Gənc Liderlər" Uşaq Təşkilatı 2008-ci il-Uşaq ilinin təqdimat mərasimini keçirib. Tanınmış ictimaiyyət nümayəndələri və millət vəkillərinin iştirakı ilə baş tutan tədbirdə çıxış edən təşkilatın sədri Fərid Şahbazlı rəhbərlik etdiyi təşkilatın 2008-ci ili "Uşaq ili" elan etməsini uşaq hüquqlarının qorunması istiqamətində səmərəli olacağını qeyd edib.
Davamı...
Demokratik İslahatlar Partiyasının Gənclər Təşkilatının təşəbbüsü və Azərbaycanda fəaliyyət göstərən gənclər təşkilatlarının iştirakı ilə yeni «Təhsil Haqqında Qanun» layihəsi müzakirəyə çıxarılıb. DİP GT-nin sədri Ramin Hacılı Milli Məclisin müzakirəsinə təqdim olunan «Təhsil Haqqında Qanun» layihəsi barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.
Davamı...
Azərbaycan Tələbələr Assosiasiyasi (ASA) Sizi 19 yanvar 2008-ci il Gəncədə yerləşən 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmus memoriala yürüş etməyə dəvət edir. Əsas məqsəd - şəhidləri yad etmək və gənclərin şəhidlərə böyük ehtiramını nümayiş etdirməkdir.
Memorial Gəncədə Cihazqayırma zavodunun yaxınlıgında yerləşir. Biz Mərkəzi Univermağın qabağında yığışıb, memoriala gedəcəyik.
Görüş yeri: Gəncə şəhəri, Mərkəzi Univermağın qabagı
Görüş vaxtı: 19 yanvar 2008-ci il saat 14.00
GƏLİN ŞƏHIDLƏRİMİZİ UNUTMAYAQ!!!
Farman J. Imamguliyəv
Ganja, Azərbaijan
Mobil: +994 50 44 808 22
MSN: imamguliyəv@hotmail.com
Skypə: farman_ganja
Groups: [A_Studənts_A][azəri_FAN_club]