Yollar...
HEKAYƏ

Ətraf səssiz-səmirsizdir.Bu boşluğu şəffaf, incə yağış damlaları da doldura bilmir. Küləksə sanki yarpaqlara qoşulub “qaçdı-tutdu” oynayır. O, tənhalığın əsirinə dönüb, ağır-ağır addımlayır. Yağışın damlalarını canına çəkməyən yollar onu harasa aparır. Harasa.... Ayaqları sözünə baxmır. Gah tələsir, gah addımları yavaşıyır.Yollar yenə də əlindən dartır.
Düşünür : “ Axı hara gedirəm?” Birdən dayanır. ”Mənə irəli yox, geri lazımdır”deyir. Amma hara??? Saniyələr zamanın hökmünü yerinə yetirir.
Budur, yenə də köhə kreslosunda oturub, mürgülü gözləri isə pəncərəyə dikilib. Pəncərədən süzülən yağış damlaları gah birləşir, gah ayrılır. Nəzərləri bu yağış damlalarında, fikri isə............
Sanki hər şey bu sehrli otaqda ona qəribə nəzərlərlə baxır. Baxır, baxır və qəflətən qəhqəhə ilə gülməyə başlayır. Sanki hər şey canlanıb onu ələ salır. “ Sən necə də cılızsan, acizsən” deyir.
Bu dəhşətli səhnə qarşısında sıxılır. İçindən dəli bir hönkürtü keçir. Nəfəsi getdikcə daralır və qəflətən sanki dəhşətli yuxu görmüş kimi dik atılır.
Niyə bayaq getmədi irəli ,niyə geri döndü?
Cavab var!
Qapını döyür. Keçmişin qarısını. Döyür...... Döyür.......Niyə açan yoxdur? Qışqırır. “Açın!” deyir. Bax, ancaq indi özünün həqiqi acizliyini etiraf edir. Özünün ilk növbədə özü qarşısında olan acizliyini. Gecdir. Çox gec. O günlər çoxdan qıfıllanıb bu əbədiyyata qovuşan qapı arxasında. Qıfıllayan kimdir bəs? Sən özün! Sən özün məhv etdin o günahsız günlərini . Nəyin qədrini bildin ki? Axı nə etdin ki,nə qazanasan indi ?
Heç cavabını belə düşünmə. Bu bağlı qapıya bax, yetər.
Qapını öz əllərinlə qıfılladın, açarını isə haradasa itirdin. Heç axtarmağa belə çalışmadın. Zamanın yollarında itirdin açarını. İndi geriyə dönə bilərsənmi? Bu yollar hər gün gəlib-getdiyin yollardan deyildi. Qayıtmaq olmur onları.
Bax, bunu anlamalı idin!
Afka