“Azərbaycan gənclərinin ictimai-siyasi fəaliyyəti qaneedici deyil”
Kamran Ramazanlı: “Hakimiyyətin, eləcə də gənclər siyasətini həyata keçirən Gənclər və İdman Nazirliyinin gənclərə münasibətdə ayrıseçkiliyi nəzərə çarpır”

Azərbaycan gənclər təşkilatları içərisində öz xüsusi çəkisi olan, ictima-siyasi proseslərə təsir etmə qabiliyyəti olan gənclər təşkilatlarından biri də “Sabah” Gənclər Birliyidir. Demək olar ki, Azərbaycanda olan bütün ali məktəblərdə üzvləri və nümayəndəlikləri olan, istənilən məsələlərə dərhal reaksiya verən yeganə təşkilatdır. Istər yerli əhəmiyyətli məsələlərdə, istər Gürcüstanda yaşayan azərbaycanlıların problemlərinin həlli məsələlərində daim aktivlik nümayiş etdirmiş, öz təklifləri ilə çıxış etmişdir. Bu aktivlik həm də “Sabah” Gənclər Birliyinin sədri olan Kamran Ramazanlının özünün qabiliyyəti, təşəbbüskarlığı və digər keyfiyyətlərinə görə yaranmışdır. K.Ramazanlının ictimai-siyasi sferadakı nüfuzunu nəzərə alaraq gənclərin və eləcə də onların təmsil olduqları qurumların şlkəmizdəki hazırki durumu haqqında müsahibə götürməyi qərara aldıq.
- Azərbaycan gəncliyinin, onların təmsil olunduqları qurumların hazırkı fəaliyyətini necə xarakterizə edərdiniz?
Ümumilikdə götürdükdə Azərbaycan gəncliyinin fəaliyyəti qaneedici deyil. Bunun da obyektiv və subyektiv səbəbləri vardır. Obyektiv tərəf ondan ibarətdir ki, Azərbaycan gəncliyinin inkişafına mane olan xeyli səbəblər mövcuddur. Həm iqtidarın, həm də müxalifətin böyük əksəriyyəti Azərbaycan gəncliyinin inkişaf etməyi üçün lazımi şərait yaratmır. Qismən yaradılan şəraitdə isə ayrıseçkiliyə yol verilir. Məsələn, iqtidar həm Yeni Azərbaycan Partiyasının gənclər təşkilatına, həm də “İrəli” Gənclər Hərəkatına xüsusi diqqət göstərir və bütün imkanlardan istifadə edərək onların həm maliyə, həm də ofis məsələlərini həll edirlər. Amma bir neçə gənclər təşkilatı istisna olmaqla digərləri kənarda qalıb. Müxalifətə gəldikdə isə bildiyiniz kimi müxalifət pərakəndə halda fəaliyyət göstərir. Onların daxili münasibətləri gərgin olduğu üçün Azərbaycan gəncliyinin müxalifət qismi də birləşib bir iş görə bilmirlər və heç birinin də ofisi yoxdur. Hakimiyyətin də onlara münasibəti birmənalı şəkildə hamıya aydındır və bunun üçün də hakimiyyət tərəfindən onlara heç bir diqqət göstərilmir. Gənclər və İdman Nazirliyinin də ayrıseçkilik etdiyini hiss etmək mümkündür. Bu səbəblərdən dəAzərbaycan gəncliyi fəal deyil, qaneedici işlər görmür. Yalnız özünü müxalif elan etmiş, ortabablığı ilə seçilən “Dalğa” Gənclər Hərəkatının fəaliyyəti müəyyən aksiyalarla müşahidə olunur. Qalan təşkilatlar isə sadaladığım obyektiv və subyektiv səbəblərdən şzlərinin şox sakit fəaliyyəti ilə məşğüldurlar.
- Sönük halda olan gənclər təşkilatlarının fəaliyyətində prezident seçkiləri öncəsi aktivlik müşahidə olunacaqmı?
Sönük fəaliyyət bir tərəfdən də inamsızlıqla bağlı olan bir məsələdir. Həm də gənclik yaş senzinin 35 yaşdan 30 yaşa salınması da məsələyə öz təsirini göstərib. Bildiyiniz kimi aktiv olan gənclər təşkilatlarının liderlərinin yaş həddi 30-u adlayıb. Gələn nəsil də onların yerini tutmaq üçün xeyli çalışmalıdır, öz üzərində işləməlidir ki, o populyarlığı qazansınlar. Bunun nəticəsində də nəyəsə nail olsunlar. Hesab edirəm ki, seçki öncəsi bir neçə gənclər təşkilatının fəaliyyəti aktivləşəcək. Amma bu əvvəlki dşvrlərə nisbətən zəif olacaq.
- Aktiv olan gənclər təşkilatlarının fəal üzvlərini müxtəlif universitetlərin tələbələri edirdilər. Ancaq hazırda həmin universitetin tələbələrinin heç birinin aktivliyi müşahidə olunmur. Bunun səbəbləri nə ilə əlaqədardır?
Universitetlərdə çox biabırçı bir vəziyyət yaranıb. Tələbələr yalnız hakim partiya olan YAP-ın üzvü ola bilər. Müxalifət partiyası üzvü olan tələbələr isə bu və ya digər formada sıxışdırılır. Məsələn, müxalifətin hər hansı bir mitinqi və ya tədbiri zamanı girib auditoriyalarda tələbələrə bildirirlər ki, həmin tədbirdə iştirak edən tələbələrin semestr qabağı problemləri yaranacaq. Bundan əlavə də Azərbaycanda təhsilin səviyyəsi aşağadır, ali məktəblərdə rüşvət baş alıb gedir. Bununla da tələbələrdə bir ümidsizlik yaranır. Ali məktəblərdə özünə hörmət edən müəllimlərin sayı azalmaqdadır. əgər bir müəllim tələbədə rüşvət alırsa bu, müəllim adına ləkədir. Artıq o müəllim deyil.
- YAP Gənclər Təşkilatında və “İrəli” Gənclər Hərakatında olan gənclər irəli çəkilirmi? Yoxsa burada da bürokratik əngəllər də mövcuddur?
YAP Gənclər Təşkilatının sədri Xaricdə Yaşayan Azərbaycanlıların İşi Üzrə Dşvlət Komitəsində şöbə müdiridir, dövlət qulluqçusudur. Bundan əlavə digər məmur və millət vəkilləri də onların fəaliyyəti üçün istənilən şəraiti yaradır. Şəhərin mərkəzində ofisləri vardır. “İrəli” Gənclər Hərəkatının koordinatorlarının birinin müsahibəsində oxudum ki, onların da məram və məqsədləri YAP Gənclər Təkilatınki ilə üst-üstə düşür. Buna görə də “İrəli” üçün də istənilən şərait yaradılır. Şəhərin mərkəzində, Fəvvarələr meydanında ofisləri vardır. Amma müstəqil və ya müxalifət yönlü gənclər təşkilatlarının heç birinin ofisi yoxdur və ya bu gənclər təşkilatlarının hər hansı bir üzvünün hansısa nazirlikdə sıravi bir işdə işləməyi qeyri-mümkündür.
- Gənc liderlərin fəaliyyəti sizi qane edirmi?
Gənclər təşkilatları və onların liderləri sırf göstərişlə, özlərinin heç bir təşəbbüsü olmadan hərəkət edirlər. Kimlərinsə təbliğatı ilə məşğul olurlar. Kimlərinsə təbliğatı ilə məşğul olmaq, ona simpatiya bəsləmək qəbahət deyil. Ancaq şəxsi təşəbbüslər də olmalıdır. Bu da hazırki gənc liderlərdə yuxarı səviyyədə deyil. Cəmiyyət onların fəaliyyətindən o qədər də xəbər tutmur. Amma ümid etmək istəyirəm ki, prezident seçkilərinə qədər canlanma yaranacaq.
- Gənclərin, onların təmsil olunduqları təşkilatların fəaliyyətini işıqlamdırmaqda hansısa problemlər varmı?
Mən inanmıram ki, gənclər təşilatına və ya hansısa bir gəncə məhdudiyyət qoysun. Öz fəaliyyətimizdə nə televiziya ilə, nə də qəzetlərlə bağlı heç bir problem görməmişəm. Mən yeri gəlmişkən “Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlıya təşəkkür etmək istəyirəm. Çünki hər zaman həcmindən asılı olmayaraq “Sabah” Gənclər Birliyinin tədbirlərinin işıqlanmasında bir cümlə belə ixtisar etməyib və işıqlanmasına şərait yaradıb.
- Sonda gənclərə sözünüz?
Azərbaycanın gələcəyi gənclərlə bağlıdır. Çətinliklərə baxmayaraq, mübarizə aparmalıyıq. Qarşıdan, 2010-ğü ildə parlament seçkiləri gəlir. Bu seçkidə nə qədər Azərbaycan gəncliyinin nümayəndələri iştirak etsə bizim işimizə xeyirdir. Mənim üzərimə düşən nə varsa yerinə yetirməyə hazıram.