Azərbaycan Demokratik Gənclər Hərəkatı 2008-ci ili Azərbaycan Xalq Cümhuriyyəti ili elan edib
Ağasif Şakiroğlu: "Hərəkatın Bakı Dövlət, Korporasiya, Qafqaz, Odlar Yurdu, Texniki universitetlərdə və Mədəni Maarif Texnikumunda, Loğman tibb Texnikumunda üzvləri və nümayəndəlikləri mövcuddur"
"Azərbaycan Demokratik Gənclər hərəkatı 14 yanvar 2006-cı il tarixdə yaranıb. Hərəkatın qarşıya qoyduğu məqsəd müsavatçılıq, türkşülük, millətçilik ideyalarının yayılması və bunların gənclərə, şagirdlərə, tələbələrə aşılamaqdan ibarətdir. Bu barədə "Mübariz Azərbaycan"a hərakatın sədri Ağasif Şakiroğlu məlumat verib. Onun sözlərinə görə 2006-cı ilin 14 iyul tarixində üç gənclər təşkilatı Azad Azərbaycan Gənclər Birliyi (İqitsadiyyat Universiteti), Azad və Demokratik Tələbə Gənclər Birliyi və Azərbaycan Demokratik Gənclər Hərəkatı birləşərək Azad və Demokratik Gənclər Birliyi yaradıblar Yeni yaranan Birliyin sədri isə Rəşad Xasayoçle seçilib. "Lakin sonradan müəyyən fikir ayrılığı yarandığına görə bu birlik Azərbaycan Demokratik Gənclər Hərəkatı adlanmağa başladı və sədri isə mən seçildim". A.Şakiroğlunun sözlərinə görə Hərəkatın 300-ə yaxın üzvü var. Bunların 40%-i ali məktəb tələbələri, 40%-i texnikum tələbələri, 20%-i isə 10-11-ci sinif şagirdlərindən ibarətdir. Hərəkatın Bakı Dövlət, Korporasiya, Qafqaz, Odlar Yurdu, Texniki universitetlərdə və Mədəni Maarif Texnikumunda, Loğman tibb Texnikumunda üzvləri və nümayəndəlikləri mşvcuddurOnu da qeyd edim kiç A.Şakiroğlu özü də hələ 11-ci sinif şagirdidir. İctimai fəaliyyətinin dərslərinə mane olmasəna gəlincə isə "Mən gündəlik işlərimi elə planlaşdırıram kiç vaxt çatır və dərslərimin hazırlanmasına heç bir problem yaratmır. Dərslərim də öz qaydasında davam edir" -deyə bildirdi. İndiyə qədər bir sıra irili-xırdalı tədbirlər keçirdiyini bildirən A.Şakiroğlu bildirdi ki, indiyə qədər hərəkat Boloniya təhsil sisteminin ölkəmizdə tətbiq edilməsi ilə bağlı, Seyid Cəfər Pişəvərinin Fəxri Xiyabandakı qəbrinin ziyarəti, 2007-ği ilin noyabr ayında bayraqla bağlı şəhərin mərkəzində Cəfər Cabbarlı heykəlinin yanıbda Milli Fikir Gənclər Birliyi ilə birlikdə aksiya keçiriblər. Bundan sonrakı layihələrinə və tədbirlərinə gəlincə isə A.Şakiroğlu bildirib ki, Təşkilat 2008-ği ili Xalq Cümhuriyyəti ili elan edib. Bunadn əlavə hərəkat sədri bildirdi ki, Məhəmməd Əmin Rəsulzadənin adının əbədiləşdirilməsi ilə bağlı həm baş nazir Artur Rəsizadəyə, həm də Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova müracət ediblər. "Müraciətdə göstərmişik ki, M.Ə.Rəsuzadənin adının əbədiləşdirilməsi haqqında mərhum prezident Heydər Əliyev 2003-ğü ildə sərəncam imzalayıb. Bu sərəncamın həyata keçirilməməsi həm Heydər Əliyevə, həm də Məhəmməd Əmin Rəsulzadəyə sayqısızlıqdır. Həmşinin müraciətdə Rəsulzadə parkının, prospektinin salınması təklifi ilə də çıxış etmişik". Bununla yanaşı hərəkat 30 mart 2008-ci il tarixdə BMM-də Məhəmməd Əmin Rəsulzadənin 124 illiyi munasibəti ilə tədbir keçirəcəklər. Tədbirə qədər isə üzərində M.Ə.Rəsulzadənin şəkili olan 300 dğş nişanı, 2000 tirajla təqvim, buklet və broşurlar çap edərək həmin tədbirdə təqdim edəcəklər. Tədbirdən sonra Bakı Dövlət Universitetinə gedib M.Ə.Rəsulzadənin adının yazıldığı lşvhənin qarşısına gülqoyacaq, buradan isə Novxanıya gedib Rəsulzadənin abidəsi olan ərazidə iməclik edəcəklər.


Men bu gencler herekatinin fealiyyetini beyendim ve ishlerinde ugurlar arzu edirem.
Diger gencler Herekatlarinida bu herekatin fealiyyetinden ornek cixartmaga cagiriram.
Dalga qiclemesin IRELI ise az yaltaklansin.
Yanvar 12, 2008 22:53