Baş redaktorların azadlığa buraxılması ümidi itmir
Vəkillər KIV vasitəsilə ictimaiyyəti Q.Zahidin müraciətindən xəbərdar ediblər. Bu mövzuda Penitensiar sistemə ictimai nəzarət Komitəsinin koordinatoru, hüquq müdafiəçisi Sahib Məmmədovla söhbətləşib, baş redaktorla bağlı baş verənlərə aydınlıq gətirməyə çalışdıq. S. Məmmədov əvvəllər baş redaktorla görüşündə bu kimi problemlərin mövcud olmadığını söylədi: “Qənimət bəy əvvəl saxlanma şəraitindən narazı deyildi. Eyni kamerada qalan adamlardan da heç bir gileyi yox idi. Amma Qənimət bəy qəribə halda həbs olunduğundan bir qədər şübhələnməyə haqqı var. Əslində o, elə bu cür təxribat nəticəsində ora düşüb. Qənimət Zahidə qarşı təcridxananın özündə də hansısa bir təxribat hazırlandığı barədə xəbər alan kimi Ədliyyə Nazirliyinə məlumat verdim. Bildirdim ki, onda bu cür narahatçılıq var. Mən güman edirəm ki, bundan sonra heç bir narahatçılığa əsas olmayacaq”.
Bu gün Q.Zahidin məhkəməsində işə mahiyyəti üzrə baxılacağına deyən hüquq müdafiəçisi ümid edir ki, baş redaktor barəsində seçilmiş həbs-qəti imkanı dəyişdiriləcək: “Əslində ötən ilin sonlarında məhkəmənin hazırlıq iclasına çox ümidlə baxırdıq. Ictimai Komitə və Işçi Qrup adından Q. Zahid barəsində seçilmiş həbs-qəti imkan tədbirinin dəyişdirilməsi barədə Məhkəmə sədrinə və hakimə müraciət ünvanlamışdıq. Vəkillərin də analoji vəsatətləri var idi. Güman edirdik ki, baş redaktor elə məhkəmə zalındanca azadlığa buraxılacaq. Amma gözlədiyimiz alınmadı. Yenə ümid edirik ki, növbəti məhkəmə proseslərinin birində onun barəsində seçilmiş həbs-qəti imkan tədbiri götürüləcək. Bizim gözlədiyimiz budur. Amma məhkəmə hansı qənaətə gələcək, hansı qərar qəbul edəcək - bunu deyə bilmərik”.
Aqil, "Azadlıq qəzeti", 09.01.08
