Gənclər «Təhsil Haqqında Qanun»a olan təkliflərini Milli Məclisə təqdim ediblər
Demokratik İslahatlar Partiyasının Gənclər Təşkilatının təşəbbüsü və Azərbaycanda fəaliyyət göstərən gənclər təşkilatlarının iştirakı ilə yeni «Təhsil Haqqında Qanun» layihəsi müzakirəyə çıxarılıb. DİP GT-nin sədri Ramin Hacılı Milli Məclisin müzakirəsinə təqdim olunan «Təhsil Haqqında Qanun» layihəsi barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.
Məktəblərə hicabla gedib-getməmək, uzaqda yaşayan şagirdlərin məktəbə avtobuslarla gətirilməsi, qiymətləri əla olan şagirdlərin imtahan vermədən universitetlərin ikinci kursuna qəbul olunması, təhsil ocaqlarına lisenziya verilməsi, təhsilə konkret hansı orqanın nəzarət etməsi və digər məsələlər əsas müzakirə predmetləri olub. Tədbirdə çıxış edən Gənclər Platformasının baş koordinatoru Nurəddin Babayev hicaba qadağa məsələsini insan haqlarının pozulması kimi qiymətləndirib. «Dalğa» Gənclər Təşkilatının sədri Vəfa Cəfərova isə rəhbərlik etdiyi təşkilatın təhsillə bağlı təkliflərinin müzakirəyə çıxarılan qanun layihəsində nəzərə alınmadığını təəssüflə vurğulayıb. O, ali məktəblərdə daxili nizamnamənin olmamasını rüşvətə yandırılan yaşıl işıq kimi dəyərləndirib. Tədbirdə səslənən təkliflər əsasında hazırlanmış paket Milli Məclisə təqdim olunub. Demokratik İslahatlar Partiyasının Mətbuat Xidməti