"Gənc Liderlər" Uşaq ilinin təqdimat mərasimini keçirib
"Gənc Liderlər" Uşaq Təşkilatı 2008-ci il-Uşaq ilinin təqdimat mərasimini keçirib. Tanınmış ictimaiyyət nümayəndələri və millət vəkillərinin iştirakı ilə baş tutan tədbirdə çıxış edən təşkilatın sədri Fərid Şahbazlı rəhbərlik etdiyi təşkilatın 2008-ci ili "Uşaq ili" elan etməsini uşaq hüquqlarının qorunması istiqamətində səmərəli olacağını qeyd edib.
O, bu ildə xüsusilə qaçqın uşaqlara xüsusi diqqət ayrılacağını bildirib. Bu il çərçivəsində görünməmiş layihələrlə yadda qalacaqlarını vurğulayan Şahbazlı, il ərzində müxtəlif səpkili konfranslar həyata keçirəcəklərini deyib. O, 2007-ci ildə geniş vüsət almış uşaq əməyi və erkən nikah problemi ilə də bağlı fəaliyyətlərini genişləndirəcəklərini diqqətə çatdırıb. Tədbirdə çıxış edən Milli Məclisin deputatı, AMEA-nın Tarix İnsitutunun direktoru Yaqub Mahmudov 2007-ci ilin uşaq və gənclər üçün uğurlu il olduğunu qeyd etməklə yanaşı, gəncləri yad təsirlərin altına salmağa çalışanların çoxaldığını vurğulayıb: "Mən ümid edirəm ki, uşaqlarımız tariximizə daha çox bələd olmalıdırlar. Çünki Azərbaycanın belə gənclərə çox ehtiyacı var". MQF Xəbər