Ermənilər Azərbaycanın ərazi adları ilə saytlar yaradır
Müasir dövrümüzdə insanların informasiya tələbatının ödəməyə imkan verən müxtəlif informasiya resursları mövcuddur. Bu informasiya resursları içərisində ən başlıcası internetdir. Dünya əhalisinin əksər hissəsi informasiyanın əldə olunması, emalı və yayılmasını internet vasitasilə həyəta keçirməkdədir. İnternet eyni zamanda ən güclü və təsir edici təbliğat vasitəsidir. Ölkəmizin 20 %-nin ermənilər tərəfindən işğal olunduğunu və dəfələrlə azərbaycanlılara qarşı soyqrım siyasəti həyata keçirdiklərini nəzərə alaraq ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri soyqrımların və işğalçılıq siyasətini dünyaya çatdırmaq üçün bu təbliğat vasitəsindən yetərincə faydalanmalıyıq. Təssüflər olsun ki bu gün ermənilər bizi informasiya müharibəsində qabaqlamaqdadır. Bizdə bu sahədə vəziyyətin hansı yerdə olduğunu öyrənmək üçün kompyuter və internet mütəxəsisi Eyvaz Qocayevə müraciət etdik. Eyvaz Qocayev bildirdi ki, dövrümüzdə insanlara hər hansı bir mövzuda informasiya lazım olduqda bu informasiyanı internetdən əldə etməyə cəhd edir. Bunun səbəbinə gəldikdə isə o, internet vasitəsi ilə insanlar informasiyanı daha tez əldə edə bilirlər. “Çox təssüflər olsun ki məkrli niyətləri ilə daima öndə olan ermənilər Azərbaycanın işğal olunmuş əraziləri ilə yanaşı digər ərzazilərimiz haqqında və eləcə də maddi – mədəniyyət abidələrimizlə bağlı uydurma məlumatları internet vasitəsi ilə yaymaqla dünya ictimaiyyətini çaşdırmaqla məşğuldurlar. İnternet saytlarda yerləşdirimliş məlumatlara diqqət yetirdikdə işğal olunmuş ərazilərimizin adlarının dəyişdirildiyinin şahidi oluruq”. Onun sözlərinə görə, ermənilər Zəngilanı Kovsakan, Qubadlını Kaşunik və digər işğal olunmuş ərazilərimizin də adlarını dəyişdirməklə bu ərazilərin guya onlara məxsus olduğunu dünyaya çatdırmaq niyətindədirlər. Ermənilərin son zamanlar sadaladığımız həqiqətə uyğun olmayan məlumatları internet vasitəsi ilə yaymaqla yanaşı digər məkirli əmələ də əl atdıqlarını qeyd edən E.Qocayev həmçinin bildirdi ki, dünyanın müxtəlif bölgələrində yaşayan ermənilər azərbaycana aid domenləri almış və bu gün bundan Azərbaycana qarşı istifadə edirlər. “Buna misal olaraq www.karabakh.com, www.aqdam.com , www.azerbaijan.com, www.baku.net, www.fizuli.com, www.nakhchivan.com, www.azer.info, www.lachin.com www.karabakh.us www.sumgait.info www.baku.su, www.sharur.com, www.nakhchivan.net, www.karabakh.info, www.azerbaijan.tv, www.baku.tv və digər saytları göstərmək olar ki, bu saytlar ermənilərə məxsudur. Onlar bu saytların bəzilərini istifadə etməsələr də qabaqcadan alıblar ki sonradan bu saytlardan bizə qarşı istifadə etsinlər. Artıq demək olar ki bu ünvanları əldə etmək qeyri mümkündür”. Azərbaycanda işğal olunmuş ərazilərimiz, Qarabağ hadisələri, işğal olunmuş ərazilərimiz haqqında və eləcə də ermənilərin xalqımıza qarşı törətdikləri vəhşilikləri özündə əks etdirən internet saytlar yaradılması və onların dünya ictimaiyyətinə çatdırılmasının hansı səviyyədə olduğuna gəldikdə isə E.Qocayev bildirdi ki, bu tip saytlar mövcuddur, lakin onlar ayrı-ayrı vətənpərvər insanlar tərəfindən yaradılmışdır. “Yaxşı olar ki, bu istiqamətdə uzunmüddətli tədbirlər planı hazırlansın və ermənilərin bu məkrli əməllərinə qarşı mərkəzləşmiş şəkildə mübarizə aparılsın. Bu istiqamətdə səmərəli fəaliyyət göstərmək üçün dövlətimiz tərəfindən müvafiq qurum yaradılarsa biz sistemli şəkildə bu sahədə fəaliyyət göstərə bilərik ki, bu da öz növbəsində internet məkanında Azərbaycan haqqında daha geniş və həqiqətə uyğun məlumatların yer almasına imkan yarada bilər”.

